20 May 2024
4 aprelə qədər... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ

4 aprelə qədər... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ

01 Aprel 2024
Baxış: 396

Son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

“Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 50 ləkə, həmçinin böyük ekvatorial tac dəliyi qeyd olunur. Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olub. Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 909 km/san-dək artıb. Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 909 kilometr/saniyəyədək artıb. Hazırda Günəş küləyinin sürəti 490 kilometr/saniyə, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.7 nT, radial istiqamətdə isə -0.6 nT təşkil edir.Kp indeksi 3.3-ə bərabərdir və geomaqnit sahəsi qeyri-stabildir. Proqnoz günlərində (1-7 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faizdir. Günəş küləyinin sürətinin yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə artacağı gözlənilir. Yüksəksürətli tac dəliyi zərrəciklərinin təsiri ilə geomaqnit sahəsinin aprelin 4-dək qeyri-stabil və aktiv səviyyələrdə, sonra isə sakit olacağı proqnozlaşdırılır” - məlumatda bildirilib.