16 May 2024
35 deputat Ərdoğana qarşı birləşdi

35 deputat Ərdoğana qarşı birləşdi

11 İyul 2022
Baxış: 329

ABŞ-da fəaliyyət göstərən yunan lobbisi də daxil olmaqla, Nümayəndələr Palatasının 35 deputatı F-16 qırıcılarının Türkiyəyə satışının qarşısını almaq üçün hərəkətə keçib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Haber7.com” saytı məlumat yayıb.

Deputatlar məsələ ilə bağlı ABŞ Prezidenti Co Baydenə məktub göndəriblər.

Məktubda iddia olunur ki, guya Türkiyə həm ABŞ, həm də NATO qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğan öz maraqlarına uyğun hərəkət edir:

“İyunun 30-da İspaniyanın Madrid şəhərində keçirilən NATO sammitində F-16-ların Türkiyəyə potensial satışı və mexaniki təkmilləşdirmələrlə bağlı səsləndirilən şərhlər bizi dərindən narahat edir”.AMİA.az