06 May 2024
2024-cü ildə dünyanı gözləyən TƏHLÜKƏLƏR - Hansı müharibələr olacaq?

2024-cü ildə dünyanı gözləyən TƏHLÜKƏLƏR - Hansı müharibələr olacaq?

22 Dekabr 2023
Baxış: 388

“Yaxın Şərdəki toqquşmalar və Rusiya-Ukrayna müharibəsi gələn il də davam edəcək”.

AJMEDİA.İNFO bildirir ki, bunu politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, əsas təhlükə Şimali Koreyanın raket proqramı ilə bağlıdır:

“Şimali Koreya raket sınaqlarını davam etdirməklə yanaşı, qonşuları Cənubi Koreya və Yaponiya üçün ciddi təhdidlər yaradıb. Bu, Vaşinqtonu narahat edir. Çünki ABŞ-nin həm Cənubi Koreya, həm də Yaponiyada hərbi bazaları mövcuddur. Bu, o deməkdir ki, Şimali Koreya Cənubi Koreya və ya Yaponiyaya raket atarsa, ABŞ Pxenyana qarşı müharibəyə başlamalı olacaq”.


Ekspert qeyd edib ki, 2024-cü ildə gözlənilən digər təhlükələrdən biri Çinin bölgədə artan hərbi gücü ilə bağlıdır:

“Çin və Şimali Koreya bölgəyə Qərblə gərgin münasibətləri olan Rusiyanı da cəlb etməyə çalışırlar. Misal üçün, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək məqsədilə Şimali Koreyadan raketlər alır, Çinlə birgə dənizlərdə hərbi təlimlər keçirir. Bu hərbi təlimlər ən çox Yaponiyanı narahat edir. Çünki hərbi təlimlər Yaponiya sahillərinə yaxın ərazilərdə keçirilir. Tokio bu məqsədlə hərbi xərclərini keçmiş illərlə müqayisədə xeyli artırıb.