16 May 2024
2021-ci ilin iyulu tarixin ən isti ayı olub

2021-ci ilin iyulu tarixin ən isti ayı olub

14 Avqust 2021
Baxış: 778

2021-ci ilin iyul ayı tarixin ən isti ayı olub.

AJM TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Araşdırmaları İdarəsi məlumat yayıb.

Məlumata görə, iyul ayında qeydə alınan yer səthinin və okeanın ümumi istiliyi XX əsrin orta temperaturu olan 15,8 dərəcə Selsi göstəricidən 0,93 dərəcə yüksək olub.

Qurum 1880-ci ildən bəri hava şəraitini izləyir. İyul ayında əvvəlki rekord temperatur 2016-cı ildə qeydə alınmışdı, daha sonra 2019-cu və 2020-ci illərdə də eyni rəqəm müşahidə edilmişdi. Hazırkı rekord həmin illərin nisbətlərini 0,01 dərəcə Selsi üstələyib