19 May 2024
2021-ci ildə büdcənin icrasında nə qədər kəsir yaranıb?

2021-ci ildə büdcənin icrasında nə qədər kəsir yaranıb?

18 Yanvar 2022
Baxış: 401

2021-ci ilin yanvar-dekabr aylarında dövlət büdcəsinin gəlirləri 26 milyard 419,1 milyon manat, xərcləri isə 27 milyard 412,8 milyon manat təşkil edib.

AJMEDİA.İNFO xəbər verir ki, 2020-ci illə müqayisədə büdcə gəlirləri 7,1 faiz, büdcə xərcləri isə 3,8 faiz artıb.

Bildirilib ki, büdcənin icrasında 993,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,1 faizi qədər kəsir yaranıb.

Qeyd edək ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 673,1 milyon manat, xərcləri isə 26 milyard 417,1 milyon manat təşkil edib. 2020-ci ildə büdcənin icrasında 1 milyard 744 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,4 faizi qədər kəsir yaranmışdı.

Teqlər: