17 May 2024
2 fevral - Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirildi - FOTO

2 fevral - Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirildi - FOTO

02 Fevral 2022
Baxış: 530

2 fevral - Gənclər Günü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirlərdə çıxış edənlər Gənclər Gününün təntənəli surətdə qeyd olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu və bu gün də həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıblar.

Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri şəxsi heyət qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.