17 May 2024
18-ci əsrə aid heykəl sosial medianı qarışdırdı: İsa yoxsa, Mark Zukerberq?

18-ci əsrə aid heykəl sosial medianı qarışdırdı: İsa yoxsa, Mark Zukerberq?

24 Avqust 2022
Baxış: 374

ABŞ-ın “Los Angeles County” İncəsənət Muzeyində olan heykəllərdən biri sosial mediada səs-küy yaradıb.

AJMEDİA.İNFO bildirir ki, “Riot Games” oyun şirkətinin əməkdaşı Ariks Kinq sözügedən muzeydə qarşılaşdığı heykəltəraşlıq nümunəsinə heyrətləndiyini söyləyib. Belə ki, Kinq orada gördüyü İsa fiqurunu Facebookun təsisçisi Mark Zukerberqə bənzədib.

Bu barədə “VİCE” xəbər saytına danışan dizayner fikrini bu cür ifadə edib:

“Sevgilimlə muzeydə olarkən həmin heykəli gördüm. Digər ziayətçiləri narahat etməmək üçün əyilib qulağına "O, Zukerberqə necə bənzəyir" dedim. Sevgilim çox güldü. Diqqətimi çəkən ən böyük oxşarlıq saç düzümü və qulaqları idi”.

Sözügedən muzeyin rəsmi “Twitter” hesabında isə Kinqin yazısı "şərhsiz" cümləsi ilə paylaşılıb. Sosial şəbəkə istifadəçiləri də təəccüblərini gizlədə bilməyiblər. Əksəriyyət, “heykələ “Baby Berg” deyək, yoxsa “Baby Zuck”?”, kimi ironiyalı paylaşımlar edib.

Qeyd edək ki, “Məryəm ana” heykəlinin müəllifi məlum deyil. Muzey rəsmiləri sənət əsərinin 18-ci əsrdə Peruda hazırlandığını bildirib.