17 May 2024
101 yaşlı azərbaycanlı veteran VƏFAT ETDİ - FOTO

101 yaşlı azərbaycanlı veteran VƏFAT ETDİ - FOTO

26 Yanvar 2024
Baxış: 337

İkinci Dünya müharibəsinin iştirakçısı və veteranı Cəbrayıl Nəhmətov vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun ailəsindən məlumat verilib.

Bildirilib ki, C.Nəhmətov ötən gün axşam saatlarında 101 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, C.Nəhmətov 1923-cü ilin mayın 23-də Astara rayonunun Şiyəkəran kəndində anadan olub. O, yaşadığı kəndin qəbiristanlığında dəfn edilib.