07 May 2025
Hindistan-Pakistan sərhədində döyüşlər BAŞLADI

Hindistan-Pakistan sərhədində döyüşlər BAŞLADI

Hindistan-Pakistan sərhədində döyüşlər BAŞLADI

30 Aprel 2025 10:59 | Baxış sayı: 323

Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb. Atəş səsləri Cammu bölgəsindəki beynəlxalq sərhəd xəttində eşidilib.


AJMEDİA.İNFO oxu.az-a istinadən xəbər verir ki, Hindistan Baş naziri Narendra Modi aprelin 29-da hərbçilərə "tam operativ azadlıq" verib.


Bildirilir ki, əgər indiyədək hər iki tərəf yalnız atıcı silahlar və ağır pulemyotlardan istifadə edirdisə, artıq artilleriya vasitələri də işə salınıb.


Xatırladaq ki, 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açıb. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.