05 May 2024
Zelenski polşalı həmkarı ilə danışıqdan sonra: “Mühüm tədbirlərə hazırlaşırıq"

Zelenski polşalı həmkarı ilə danışıqdan sonra: “Mühüm tədbirlərə hazırlaşırıq"

28 Mart 2023
Baxış: 467

“Biz mühüm tədbirlərə hazırlaşırıq”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidenti Andjey Duda ilə telefonla danışığından sonra teleqram kanalında yazıb.

Zelenskinin sözlərinə görə, polşalı həmkarına cəbhədəki vəziyyət barədə danışıb.

O qeyd edib ki, Duda ilə döyüş əməliyyatlarının gedişi və cəbhənin müəyyən sektorlarındakı vəziyyəti müzakirə edib.

"Ukraynanın cari müdafiə ehtiyaclarını və yaxın gələcəkdə birgə diplomatik səyləri müzakirə etdik. Biz mühüm tədbirlərə hazırlaşırıq", - Zelenski bildirib.

Xatırladaq ki, ötən gün Duda Ukraynanın tezliklə ilk MiQ-29 qırıcılarını alacağını bildirib.

Bundan əlavə, Polşada hərbi sənaye kompleksinin dövlət və özəl müəssisələri Polşa və Ukrayna ordusu üçün sursat istehsalını artırmağı planlaşdırır.

Teqlər: