03 May 2024
Zelenski məşhur rusiyalı jurnalist Nevzorova Ukrayna VƏTƏNDAŞLIĞI VERDİ

Zelenski məşhur rusiyalı jurnalist Nevzorova Ukrayna VƏTƏNDAŞLIĞI VERDİ

03 İyun 2022
Baxış: 445

Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə tanınmış rusiyalı jurnalist Aleksandr Nevzorova və onun həyat yoldaşı Lidiya Nevzorovaya Ukrayna vətəndaşlığı verilib.

AJMEDİA.İNFO Pravda Gerashchenko “Telegram” kanalına istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko çıxış edib.

“Aleksandr və Lidiya, cəsarətinizə, dürüstlüyünüzə, müharibənin dayandırılması üçün səmimi şəkildə yardım etdiyinizə və real vəziyyətin düzgün qiymətləndirilməsinə görə sizə təşəkkür edirəm”, - Anton Geraşşenko bildirib.

Məlumat üçün əlavə edək ki, Rusiya Ukraynaya hərbi müdaxilə etdikdən sonra A.Nevzorov Vladimir Putini tənqid edib, rəsmi Kiyevi dəstəkləyib və İsrailə mühacirətə gedib.