16 May 2024
Yunanıstandan HƏRBİ TƏXRİBAT – Türkiyə ildırım sürəti ilə CAVAB VERDİ

Yunanıstandan HƏRBİ TƏXRİBAT – Türkiyə ildırım sürəti ilə CAVAB VERDİ

29 Aprel 2022
Baxış: 826

Türkiyənin hava məkanını pozan Yunanıstana qarşı yerindəcə döyüş qaydalarına uyğun cavab verilib.

AJMEDİA.İNFO xəbər verir ki, Yunanıstanın Egey dənizində Türkiyəyə qarşı təxribat xarakterli hərəkətlərini davam etdirdiyi deyilib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç baş verənlərlə bağlı bunları deyib:

“Yunanıstan Hərbi Hava Qüvvələri 26-28 aprel tarixlərində ölkəmizin sahillərinə yaxın təxribat xarakterli uçuşlar həyata keçirib, Didim, Datça və Dalamanda ölkəmizin hava məkanını dəfələrlə pozub. Hərbi Hava Qüvvələrimiz döyüş qaydalarına uyğun olaraq bu təxribatçı uçuşlara və pozuntulara cavab verib”.

Bilgiç onu da bildirib ki, Yunanıstan Xarici İşlər Nazirliyinin aprelin 27-də Egey dənizində iki ölkənin hava qüvvələri arasında baş verən insidentlərlə bağlı açıqlamaları həqiqəti əks etdirmir.(teleqraf.com)