05 May 2024
Yunanıstanda 200-dən çox evi su basdı

Yunanıstanda 200-dən çox evi su basdı

10 Oktyabr 2021
Baxış: 387

Yunanıstanda leysan yağışlardan sonra Evbei adasında 200-dən çox evi su basıb.
AJMEDİA.İNFO “Skai” telekanalına istinadən verdiyi məlumata görə, bir neçə saat davam edən leysan yağışlardan sonra yerli dağ çayı daşıb.
Eyni zamanda bir çox yollar su altında qalıb.
Aqia Anna, Axladi və Kotsikia yaşayış məntəqələrində də leysan yağışlar ciddi problemlərə yol açıb.
Tələfat barədə hələlik məlumat daxil olmayıb.