05 May 2024
Yunanıstan və İsrail Hava Qüvvələri Mərkəzi yaradacaq

Yunanıstan və İsrail Hava Qüvvələri Mərkəzi yaradacaq

17 Aprel 2021
Baxış: 1378

Yunanıstan və İsrail Hərbi Hava Qüvvələrinin Beynəlxalq Tədris Mərkəzinin yaradılması haqqında saziş imzalayıblar.

Yunanıstan Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, saziş 16 aprel tarixində Cümə günü baş tutub.

Sənədə görə, tədris mərkəzi Kalamat, Peloponnesdə 120-ci aviasiya sahəsində yerləşdiriləcəkdir.

Sazişin imzalanmasında İsrailin Yunanıstandakı hərbi attaşesi, Elbit Sistemlərinin prezidenti Betzalel Mahlis və eləcədə digər nümayəndələr iştrak ediblər.

Uçuş Mərkəzinin yaradılması iki ölkə arasındakı müdafiə əməliyyatının bir hissəsidir və müqavilənin dəyəri 1,68 milyard dollardır. Saziş, həmçinin təlim təyyarələri M-346-nı Yunanıstan tərəfindən alınmasını təmin edir. İsrail eləcədə təlimçilər və maddi-texniki dəstəyi təmin edəcəkdir.