03 May 2024
Yaponiyanın şimal-şərq sahillərində 5,2 bal gücündə zəlzələ olub

Yaponiyanın şimal-şərq sahillərində 5,2 bal gücündə zəlzələ olub

18 May 2020
Baxış: 419

Mayın 18-də Yaponiyanın mərkəzi Hönşü adasının şimal-şərq sahillərində 5,2 bal gücündə zəlzələ olub.

AJM, Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Miyaqi prefekturasının sahillərində, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Zəlzələnin, həmçinin İvate və Fukuşima prefekturalarında da hiss olunduğu bildirilir.

Teqlər: Yaponiyan