03 May 2024
Yaponiyalı mühəndislər kosmik boşluqları və kiçik obyektləri lazer şüası ilə məhv edəcəklər

Yaponiyalı mühəndislər kosmik boşluqları və kiçik obyektləri lazer şüası ilə məhv edəcəklər

09 İyul 2020
Baxış: 472

Tədqiqatçıları narahat edən böyük problemlərdən biri də kosmik tullantıların günü-gündən çoxalmasıdır.

AJM xarici KİV-lərə istinadla xəbər verir ki, alimlərin hesablamalarına görə, hazırda Yer kürəsinin orbitində 170 milyona yaxın kiçik obyekt var. Bu obyektlər kosmosun müşahidə olunması və kosmik raketlərin göndərilməsində ciddi problemlər yaradır. Yaponiyanın peyk agentliyinin (JSAT) tədqiqatçıları bu problemi aradan qaldırmaq üçün həll yolu tapdıqlarını açıqlayıblar. Belə ki, onlar kiçik obyektləri və kosmik boşluqları lazer şüası ilə məhv etmək qabiliyyətinə malik xüsusi peyki Yer kürəsinin orbitinə göndərmək istəyirlər.

Peyk 2026-cı ildə Yer kürəsinin orbitinə göndəriləcək. İlkin mərhələdə bu peyk, sıradan çıxmış peyklərdən və digər süni obyektlərdən ayrılmış kiçik tullantılar üzərində test olunacaq. Peyk böyük olmayan impulslar buraxa bilən zəif lazer sistemi ilə təchiz olunacaq. Yer kürəsinin orbitində olan kiçik obyektləri bir dəfəlik məhv etməyə deyil, onları əritməyə cəhd ediləcək. Belə ki, peykdə olacaq lazerin gücü kosmik tullantıları tamamilə məhv etməyə çatmayacaq. Məsələ burasındadır ki, hər hansısa bir kiçik obyekt sözügedən lazerdən impulsa məruz qaldıqdan sonra qaz ifraz etməyə başlayacaq. Həmin qaz isə obyektin uçuş trayektoriyasını dəyişərək onu Yer kürəsinin atmosferinə tərəf yönəldəcək. Nəticədə Yer kürəsinin atmosferində obyekt tamamilə yanacaq.

Peykin çəkisinin 270-320 kiloqram arasında olması və kosmik tullantıların daha çox olduğu 560-970 kilometr yüksəklikdə yerləşdirilməsi planlaşdırılır.

Teqlər: Yaponiya