03 May 2024
Yaponiyada karantin tam ləğv olundu

Yaponiyada karantin tam ləğv olundu

30 Sentyabr 2021
Baxış: 477

Yaponiyada sabahdan, yəni oktyabrın 1-dən koronavirusa qarşı fövqəladə vəziyyət rejimi qüvvəyə minir.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, bununla yanaşı, ölkədə koronavirusa qarşı gücləndirilmiş tədbirlər rejimi də tam olaraq başa çatıb.

Yaponiyada fövqəladə vəziyyət rejimi 19 prefekturada (əyalətdə), nisbətən yumşaq olan fəal tədbirlər rejimi isə 8 əyalətdə tətbiq olunmuşdu. Bu ilin aprel ayında tətbiq olunmuş fövqəladə vəziyyət rejimi bir neçə dəfə uzadılıb.

Hazırda Yaponiyada əhalinin 60 faizə yaxını tam peyvəndlənib. Gündəlik yoluxma sayı avqust ayındakı 25 mindən 1128 nəfərədək azalıb.