03 May 2024
Yaponiyada 6.3 maqnitudalı zəlzələ olub

Yaponiyada 6.3 maqnitudalı zəlzələ olub

14 İyun 2020
Baxış: 441

Bu gün yerli vaxtla saat 00.51 radələrində Yaponiya sahillərində 6,3 maqnitudalı zəlzələ olub.

AJM-nın xəbərinə görə, bu barədə Yaponiya Meteoroloji Agentliyi məlumat yayıb.

Zəlzələnin ocağı Kagoşima əyalətinin Amami-Ooşima qəsəbəsi yaxınlığında, 160 km dərinlikdə yerləşib.

Kagoşima və yaxınlıqdakı əyalətlərdə hiss edilən zəlzələ ilə bağlı sunami barədə xəbərdarlıq edilməyib.

Teqlər: Yaponiya