16 May 2024
Xalq artisti Könül Xasıyeva müalicəsi üçün toplanan yardımla özünə bahalı it alıb? – AÇIQLAMA

Xalq artisti Könül Xasıyeva müalicəsi üçün toplanan yardımla özünə bahalı it alıb? – AÇIQLAMA

25 Oktyabr 2022
Baxış: 1256

“Mənim Danimarkada rəfiqəm yaşayır. İti oğluma o hədiyyə edib”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Xalq artisti Könül Xasıyeva 2 min manata it alması ilə bağlı sosial mediada yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

“Mən heyvanları sevsəm də, onlara toxuna bilmirəm. İnanın ki, onu mən almamışam. Oğlum Kazımın 10 yaşı olanda rəfiqəm ondan hədiyyə olaraq nə istədiyini soruşdu, oğlum it istədi. Rəfiqəm də Kazımın arzusunu yerinə yetirdi”, – deyə xalq artisti bildirib.

Qeyd edək ki, K.Xasıyeva bu günlərdə ağır xəstəliyi ilə bağlı əməliyyat olunması üçün 254 min manata ehtiyacı olduğunu bildirərək sənətçi dostlarından dəstək istəyib. Bunun ardınca isə Xalq artistinin evində bahalı it saxlaması barədə xəbərlər yayılıb.