05 May 2024
"Vosmoy" bazarında arabaçı işləyənin meyiti tapıldı

"Vosmoy" bazarında arabaçı işləyənin meyiti tapıldı

31 Avqust 2021
Baxış: 634

Bakıda küçədən kişi meyiti tapılıb.

Meyit avqustun 30-da paytaxtın Nizami rayonu ərazisində, "8-ci kilometr" bazarının yaxınlığında tapılıb.

Araşdırmalar zamanı meyitin şəxsiyyəti müəyyənləşib. Onun 61 yaşlı Şabran rayon sakini Əsədov Müslüm Əsəd oğlu olduğu məlum olub.

M.Əsədovun "8-ci kilometr" bazarında arabaçı işlədiyi və xəstəlikdən öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır. (news.day)