05 May 2024
Vilayət Eyvazov rəisi toylarla bağlı İŞDƏN ÇIXARDI - FOTO

Vilayət Eyvazov rəisi toylarla bağlı İŞDƏN ÇIXARDI - FOTO

11 Avqust 2021
Baxış: 719

Cəlilabad rayon Polis İdarəsinin rəisi, polis polkovniki Mübariz Quliyev rayonda karantin qaydalarının pozulmasına görə vəzifədən azad edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bir neçə gün öncə rayonda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimində karantin rejimi qaydalarının pozulması aşkarlanıb.

DİN rəhbərliyinin tapşırığı ilə aparılan araşdırma zamanı həmin şadlıq sarayının sahibi ilə polis rəisinin yaxın münasibətlərinin olduğu müəyyən edilib. Məhz buna görə də M.Quliyevin karantin rejiminin pozulmasına göz yumduğu bildirilir.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Mübariz Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.(qafqazinfo.az)

Polis rəisi toylarla bağlı işdən çıxarıldı