05 May 2024
Vətən müharibəsində pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya getdi

Vətən müharibəsində pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya getdi

29 Noyabr 2021
Baxış: 515

Vətən müharibəsi dövründə pensiyasını orduya bağışlayan Hikmət Musayevin Şuşaya səfəri təşkil olunub.

AJMEDİA.İNFO xəbər verir ki, o, 70 yaşını Azərbaycanın qədim mədəniyyət paytaxtında qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Hikmət baba kimi məşhurlaşan Hikmət Musayev Şəkinin Baş Küngüt kəndində yaşayır. O, Vətən müharibəsi dövründə bir aylıq pensiyasını Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmişdi. H.Musayevin bu davranışı cəmiyyətdə rəğbətlə qarşılanmışdı.