03 May 2024
Vətən Müharibəsi şəhidinin evində partlayış baş verib - FOTO

Vətən Müharibəsi şəhidinin evində partlayış baş verib - FOTO

11 Noyabr 2021
Baxış: 622

Gəncə şəhərində yaşayan Vətən müharibəsi şəhidi Elməddin Namazovun vaxtı ilə yaşadığı mənzildə partlayış baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə şəhidin ildönümündə Yeni İrəvan qəsəbəsində qeydə alınıb.

Bu barədə şəhidin anası Fazilə Namazova məlumat verib.

Qadının sözlərinə görə, hadisə nəticəsində qızları Xatun və Təhminə Namazovalar müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Hazırda vəziyyətləri normaldır. Dedilər, hadisə hamamdakı qızdırıcı cihazdan baş verib. Hamam dağılıb, məişət əşyalarım yararsız hala düşüb”, - deyə F.Namazova bildirib.