05 May 2024
"UKraynaya görə Putinlə mübahisə etdim, fırtına baş verəcək!" - Avstriya kansleri

"UKraynaya görə Putinlə mübahisə etdim, fırtına baş verəcək!" - Avstriya kansleri

12 Aprel 2022
Baxış: 613

Bütövlükdə görüşdən heç bir müsbət təəssürat almadım. Mən pessimistəm. Putin hərbi məntiqə keçib. Bütün əlamətlər fırtınaya işarə edir.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Avstriya kansleri Karl Nehammer Rusiya Prezidenti Vladimir Putinlə görüşü ilə bağlı təəssüratını bölüşərkən deyib.

Kansler bildirib ki, Putin beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa inanmır.

Onun sözlərinə görə, görüş zamanı onların arasında mübahisə yaranıb və bu zaman Putin Buçada baş verənlərə görə Ukraynanın təqsirkar olmasında təkid edib.

Qeyd edək ki, aprelin 11-də Moskvada baş tutan görüş 1,5 saat davam edib.