02 May 2024
Ukraynadan İranla bağlı KRİTİK ADDIM: Müzakirələr BAŞLADI

Ukraynadan İranla bağlı KRİTİK ADDIM: Müzakirələr BAŞLADI

18 Oktyabr 2022
Baxış: 367

Ukrayna İranla diplomatik münasibətləri kəsmək məsələsini nəzərdən keçirəcək.


AJMEDİA.İNFO “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Ali Radanın deputatı Oleksiy Qonçarenko “Telegram” kanalında bildirib.


“Ali Radaya İranla diplomatik münasibətlərin dayandırılması və onun terrorizmin himayədarı kimi tanınması haqqında qərar layihəsi təqdim edilib”, - deputat qeyd edib.


Onun fikrincə, İran Rusiyaya pilotsuz uçuş aparatı verir və Rusiya Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlarda həmin aparatlardan istifadə edir. O, həmçinin əlavə edib ki, rəsmi Kiyev ölkələrdən İranı terrorizmin himayədarı kimi tanımağı istəyəcək.