16 May 2024
Ukraynada COVID-19-a yeni yoluxma hallarının sayı ardıcıl olaraq iki gündür aşağı düşür

Ukraynada COVID-19-a yeni yoluxma hallarının sayı ardıcıl olaraq iki gündür aşağı düşür

08 İyun 2020
Baxış: 350

İyunun əvvəlində Ukraynada hər gün koronavirusa 500-dən çox yoluxma halı müşahidə edilib. İyunun 3-də ölkədə COVID-19 virusuna yeni yoluxma hallarının sayına görə “antirekord” müəyyən edilib – 588 nəfər.

AJM xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sonuncu məlumatına görə, son sutka ərzində ölkədə koronavirusa 463 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, Ukraynada COVID-19-a yeni yoluxma hallarının sayı ardıcıl olaraq iki gündür aşağı düşür.

Sutka ərzində ən çox yeni yoluxma halları Kiyevdə qeydə alınıb (72 yoluxma). Səkkiz vilayətdə isə - Nikolayev, Poltava, Sumı, Dnepropetrovsk, Xerson, Xmelnitsk, Donetsk və Luqanskda koronavirusa yoluxma halları aşkarlanmayıb.

Pandemiya başlanandan Ukraynada 27462 yoluxma halı qeydə alınıb. 12195 nəfər bu xəstəlikdən sağalıb, 797 nəfər isə dünyasını dəyişib.

Teqlər: Ukrayna