05 May 2024
Ukrayna cəbhəyə “PUA ordusu” GÖNDƏRDİ

Ukrayna cəbhəyə “PUA ordusu” GÖNDƏRDİ

03 Avqust 2022
Baxış: 353

“Dron ordusu” proqramı çərçivəsində alınan pilotsuz təyyarələrin ilk dəsti Ukraynaya çatdırılıb. Artıq bu gün onlardan 30-u Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi üçün cəbhə xəttinə gedəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov bildirib.

“Onların sürəti 160 km/saata, uçuş məsafəsi isə 60 km-ə çata bilər. Bu, kəşfiyyatçılara düşmən xəttinin arxasına keçməyə və mühüm məlumatlar əldə etməyə imkan verəcək”, - məlumatda qeyd edilib.(axar.az)