02 May 2024
"Türkiyənin düşmənləri Pakistanın da düşmənidir" - Ərdoğana BÖYÜK DƏSTƏK

"Türkiyənin düşmənləri Pakistanın da düşmənidir" - Ərdoğana BÖYÜK DƏSTƏK

01 İyun 2022
Baxış: 388

"Başda PKK olmaqla bütün terror təşkilatlarına qarşı mübarizəsində türk xalqının yanındayıq. Türkiyənin düşmənləri Pakistanın da düşmənidir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Pakistanın baş naziri Şahbaz Şərif deyib.

Türkiyənin Suriyada həyata keçirəcəyi əməliyyat öncəsi açıqlama ilə çıxış edən Şərif, Ərdoğana Pakistana verdiyi dəstəyə görə təşəkkür edib.

"Cənab Ərdoğana və türk xalqına Kəşmirlə bağlı səslərini ucaltdıqlarına və bizim yanımızda olduqlarına görə minnətdarıq. Biz də Kipr məsələsində və başda PKK olmaqla bütün terror təşkilatlarına qarşı mübarizəsində türk xalqının yanındayıq. Türkiyənin düşmənləri Pakistanın da düşmənidir.

Təxminən bir əsr əvvəl Türkiyə müstəqillik uğrunda mübarizə apararkən əcdadlarımız və bölgə müsəlmanları türklərin mübarizəsinə iqtisadi töhfə veriblər. Bu dəstəyi verən nəsillər bilirdilər ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri bundan sonrakı illərdə də əbədi olaraq davam edəcək.

Qarşılaşdığımız zəlzələ fəlakətində prezident Ərdoğan və bütün türk xalqı bizə kömək etməyə tələsdi. Xəstəxanalar, məktəblər tikdilər. Pul verildi. Türkiyə müharibədə, seldə, zəlzələdə hər zaman hərəkətə keçərək Pakistanın yanında oldu. Bu, real bir şeydir. Bu, sonsuza qədər davam edəcək. Bu, qardaşlıq münasibətidir", -deyə Şərif qeyd edib.