02 May 2024
Türkiyədəki zəlzələni ABŞ törədib? – “Bunu edə bilsəydilər, Rusiyanı dağıdardılar...”

Türkiyədəki zəlzələni ABŞ törədib? – “Bunu edə bilsəydilər, Rusiyanı dağıdardılar...”

07 Fevral 2023
Baxış: 520

Türkiyədə baş verən zəlzələ ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Məsələn, zəlzələni guya fevralın 3-də İstanbulda lövbər salan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi yaradıb və həmin gəmidə zəlzələ yaradan xüsusi texnologiya mövcuddur. Təbii ki, zəlzələ üzrə mütəxəssislər bu versiyanı rədd ediblər.

AJMEDİA.İNFO-nun məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ dünyanın ən güclü dövləti sayılsa da, bu miqyasda süni zəlzələ, sunami yarada bilməz:

“Vaşinqtonun belə bir gücü olsaydı, birinci Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanı çökdürərdi. “Zəlzələ Amerikanın işidir” ittihamlarını səsləndirməkdənsə, zəlzələyə dözümlü binaların tikintisi və digər binalarının möhkəmləndirilməsi barədə düşünülməlidir. Yaponiyada daha şiddətli zəlzələlər baş verir, ancaq binalar zərər görmür.Çünki bu ölkədə zəlzələyə dözümlü texnologiyalardan istifadə olunur. Ancaq Yaponiya kimi ölkə də sunamiyə təslim oldu və sahildəki “Fukusima” atom elektrik stansiyası zərər gördü”.

Ekspert Türkiyədə zəlzələnin baş verdiyi ərazidə Rusiya texnologiyası əsasında “Akkuyu” atom elektrik stansiyasının inşa edildiyini də xatırladıb: “Əsas məsələ bu stansiyasının şiddətli zəlzələ və sunamiyə dözümlülüyünü təmin etməkdir”.(sfera.az)