16 May 2024
Türkiyə MİT PKK liderini MƏHV ETDİ - FOTO

Türkiyə MİT PKK liderini MƏHV ETDİ - FOTO

19 İyun 2022
Baxış: 404

Türkiyə Milli Təhlükəsizlik Təşkilatının keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatını idarə edən şəxslərdən daha biri "Fərhad Derik" ləqəbli terrorçu Hüseyn Şibli İraqın Süleymaniyyə şəhərində zərərsizləşdirilib.

AJMEDİA.İNFO "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Hüseyn Şibli PKK-nın Kabildəki rəhbər şəxsləri tərəfindən terrorçuluq fəaliyyəti üçün İraqa yönləndirilib.

Əslən suriyalı olan terrorçu PKK rəhbəri Abdullah Öcalanın Suriyada olduğu dövrdə təşkilatın sıralarına daxil olub. Hələb, Gara və Kandildə terrorçuluq fəaliyyətləri göstərən Hüseyn Şibli 2019-cu ildə PKK-nın Suriya üzrə əsas simalarından biri olub.