02 May 2024
Türkiyə İsraillə Fələstin arasında vasitəçi olmaq İSTƏYİR

Türkiyə İsraillə Fələstin arasında vasitəçi olmaq İSTƏYİR

26 May 2022
Baxış: 499

“Fələstin İsrail tərəfi ilə dialoqa hazırdır”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu İsrail səfərindən qayıtdıqdan sonra təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, keçirilən görüşlərdə fələstinlilərdən alınan mesajları İsrail XİN rəhbəri Yair Lapidə çatdırıb.

“Biz iki tərəf arasında dialoqun başlamasını istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik. Fələstin İsrail tərəfi ilə dialoqa hazırdır”, - deyən Türkiyənin XİN başçısı bununla bağlı üzərlərinə düşəni edəcəklərinə vəd verib.

Xatırladaq ki, mayın 25-də Türkiyə XİN başçısının son 15 ildə ilk dəfə İsrailə səfəri baş tutub. Səfər çərçivəsində iki ölkənin XİN rəhbəri təkbətək və geniştərkibli görüş keçirib, bir çox diplomatik və təhlükəsizlik məsələləri, həmçinin iqtisadi əlaqələr barədə müzakirələr aparıb.

Mənbə: NTV