03 May 2024
Türkiyə ikinci S-400 alayı ilə silahlanacaq

Türkiyə ikinci S-400 alayı ilə silahlanacaq

18 Yanvar 2021
Baxış: 1773

Türkiyə Prezidenti Rəcəb Ərdoğan, yanvar ayının sonunda Rusiya ilə danışıqlar aparmaq niyyətində olduğunu və S-400 zenit-raket sistemlərinin ikinci alayının tədarükü məsələsini müzakirə etməyi planlaşdırdığını söyləyib. Onun sözlərinə görə, Ankara ABŞ-dan Rusiya hərbi texnikasının yeni partiyasını almaq üçün icazə istəmək niyyətində deyil, bu barədəTASS yazıb. Bundan əvvəl Türk səlahiyyətlilərinin texnologiya transferinə tabe olaraq Rusiyadan ikinci S-400 dəsti almağa hazır olduqları məlum olub. Bu barədə Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmail Dəmir danışıb.

Teqlər: S-400