02 May 2024
Türkiyə bu sistemləri İŞƏ SALIR – Qonşu ölkəni QORXU BÜRÜDÜ

Türkiyə bu sistemləri İŞƏ SALIR – Qonşu ölkəni QORXU BÜRÜDÜ

30 Avqust 2022
Baxış: 379

Yunanıstanın S-300 hava hücumundan müdafiə sistemlərinin Aralıq dənizi üzərində uçan türk F-16-larını bloklaması gərginliyi yeni səviyyəyə qaldırıb.

AJMEDİA.İNFO xəbər verir ki, Türkiyə Yunanıstanın Krit adasında yerləşdirdiyi S-300 sistemi ilə Rodos adasının qərbində təxminən 3000 metr yüksəklikdə uçan bir F-16 təyyarəsini blokladığını açıqlayıb.

“Ta Nea” qəzeti son gəlişmələrdən sonra Türkiyə Silahlı Qüvvələrinin arsenalındakı S-400 sistemləri və pilotsuz uçan aparatlara diqqət çəkib. Qəzet Yunanıstanın son addımlarına cavab olaraq, Türkiyənin S-400-ləri işə sala biləcəyini iddia edib.Nəşr Yunanıstan hökumətinin son bir ildir türk PUA-larına qarşı çarə axtardığını da yazıb.

“Vima” qəzeti isə Egey dənizindəki Certe və Koçbaba adaları (Kandeliussa və Levita) üzərində türk pilotsuz təyyarələrinin peyda olduğunu iddia edib. Qəzet türk PUA-larının qarşısını almağın mümkünsüz olduğuna diqqət çəkib.

“To Vima” qəzeti son gəlişmələrdən sonra Türkiyə-Yunanıstan münasibətlərinin daha da mürəkkəbləşdiyini yazıb. Məqalədə son günlər Yunanıstanın təhlükəli və aqressiv hərəkətlərinə dair Türkiyənin dilə gətirdiyi açıqlamaların Afinada narahatlıq doğurduğu qeyd edilib.

Afina Ankaranın bu kimi təxribatlara sərt cavab verəcəyindən narahatdır.(teleqraf.com)