05 May 2024
“Təəssüf ki, Rusiyanı zəiflətmək üçün bəzi ölkələr...” - Mövlud Çavuşoğlu

“Təəssüf ki, Rusiyanı zəiflətmək üçün bəzi ölkələr...” - Mövlud Çavuşoğlu

27 İyul 2022
Baxış: 438

“Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Türkiyə savaşın qarşısını almaq üçün çox səy göstərib. Əvvəldən bu müharibəni bitirmək üçün nə qədər çalışdığımızı bütün dünya bilir. Burada BMT ilə birgə işlədik və BMT də Türkiyəyə üstünlük verdi”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir hesab edir ki, taxıl problemi həll olunarsa, atəşkəs yolu da açılacaq: “Bu inkişafın iki tərəf arasında əhəmiyyətli bir addım olacağını söyləmişdik. Nəticədə burada Rusiyanın ixrac edəcəyi məhsullar var ki, bu da ona yol açır. Eynilə, Ukraynanın taxıl, günəbaxan və günəbaxan yağı ixracının da yolu açılmış olur.


Biz bu fəal rolumuzu davam etdirəcəyik. Əvvəl-axır bu müharibə diplomatiya masasında bitəcək. Tərəfləri yenidən həmin masaya gətirmək üçün üzərimizə düşəni edəcəyik. Müharibə uzandıqca tərəflərin bir masa arxasında əyləşməsi asan deyil. Təəssüf ki, Rusiyanı zəiflətmək üçün müharibənin uzanmasını istəyən ölkələr var. Hətta İstanbulda imzalanan yeni Taxıl Dəhlizi Sazişini əngəlləməyə çalışan ölkələr də olub”.(teleqraf.com)