05 May 2024
TƏCİLİ! Hülusi Akar müavinini gecə ilə Naxçıvana göndərdi: NƏ BAŞ VERİR?

TƏCİLİ! Hülusi Akar müavinini gecə ilə Naxçıvana göndərdi: NƏ BAŞ VERİR?

01 Oktyabr 2021
Baxış: 725

Sentyabrın 30-da Türkiyə Milli Müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbəlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, Ali Məclisin Sədri nümayəndə heyətini Naxçıvanda görməkdən məmnunluğunu bildirib, ölkələrimiz arasındakı hərbi əməkdaşlıqdan bəhs edib. Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində görülən işləri və həyata keçirilən hərbi təlimləri diqqətə çatdıran Ali Məclisin Sədri Naxçıvanda müdafiə təhlükəsizliyinin təmin olunduğunu bildirib, İkinci Qarabağ müharibəsində Türkiyə dövlətinin siyasi dəstəyini qeyd edib.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin və Mustafa Kamal Atatürkün əsasını qoyduğu Azərbaycan-Türkiyə əlaqələrinin ölkə Prezidentləri tərəfindən uğurla davam etdirildiyini və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bildirib, Qars müqaviləsi və Şuşa bəyannaməsinin bu mənada əhəmiyyətini vurğulayıb.

Göstərilən səmimi münasibətə və nümayəndə heyəti ilə görüşə görə minnətdarlıq edən Türkiyə Milli Müdafiə nazirinin müavini Muhsin Dərə Vətən müharibəsində qazanılmış tarixi qələbə münasibətilə təbriklərini çatdırıb, şəhidlərin xatirəsinə ehtiramını bildirib. Qonaq ölkələrimiz arasındakı əlaqələrin tərkib hissəsi olaraq ordu quruculuğu sahəsində görülən işlərin vacibliyini vurğulayıb, Naxçıvan Muxtar Respublikasının mühüm strateji və coğrafi əhəmiyyətinə toxunub.

Görüşdə əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. (AzerForum)