05 May 2024
"Taliban" Əfqanıstan sərhədlərinə intiharçılar yerləşdirəcək

"Taliban" Əfqanıstan sərhədlərinə intiharçılar yerləşdirəcək

02 Oktyabr 2021
Baxış: 464

“Taliban” Əfqanıstan sərhədlərinə intiharçılar yerləşdirəcək.

AJMEDİA.İNFO "Khaama" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Bədəxşan vilayətinin rəhbərinin müavini Molla Nisar Əhməd Əhmədi deyib.

Onun sözlərinə görə, Əfqanıstan sərhədlərinə, xüsusilə Bədəxşan vilayətinə yerləşdiriləcək müstəsna kamikadze batalyonu yaradılıb. O bildirib ki, bu batalyonun adı "Ləşəkər-i-Mənsuri"dir (Mansurun ordusu).

Əhmədi batalyonun əvvəlki Əfqanıstan hökumətinin təhlükəsizlik qüvvələrini hədəf alan intihar hücumları ilə eyni olduğunu söyləyib: “Bu batalyon olmasaydı, ABŞ-ın məğlubiyyəti mümkün olmazdı. Bu cəsur insanlar partlayıcı jiletlər geyinər və ABŞ-ın Əfqanıstandakı bazalarını partladardılar. Bunlar heç bir qorxusu olmayan insanlardır".

Qeyd edək ki, Kabul Beynəlxalq Hava Limanında yerləşdirilən ən təchizatlı və müasir hərbi qruplardan biri kimi tanınan digər bir batalyon "Badri 313"ün də intiharçılardan ibarət olduğu deyilir.

Əlavə edək ki, Əfqanıstanın Bədəxşan vilayəti Tacikistan və Çinlə sərhəddir.