03 May 2024
Şuşada Ərdoğana “Zəfər” adlı Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Şuşada Ərdoğana “Zəfər” adlı Qarabağ atı HƏDİYYƏ EDİLDİ

15 İyun 2021
Baxış: 541

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyasının təqdimatı zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib.

AJMEDİA.info xəbər verir ki, “Xarıbülbül” kompozisiyasında Qarabağın rəmzi sayılan iki xarıbülbül gülü birləşərək Azərbaycan ilə Türkiyə arasındakı əbədi dostluq və qardaşlıq münasibətlərini təcəssüm etdirir.