05 May 2024
Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəlib

Şotlandiyada parlament seçkilərində müstəqillik tərəfdarları qalib gəlib

09 May 2021
Baxış: 1203

Şotlandiyada Böyük Britaniyadan ayrılmağı dəstəkləyən partiyalar parlament seçkilərində qalib gəlib.

AJM-nın BBC-yə istinadən verdiyi məlumata görə, dünən axşam səslərin sayılması başa çatıb, hakim Şotlandiya Milli Partiyası və Yaşıllar Partiyası müvafiq olaraq 64 və 8 mandat qazanıblar

Beləliklə, bu iki partiya parlamentdəki 129 yerdən 72-ni qazanıb.

Şotlandiya Milli Partiyasının lideri və Şotlandiya Baş naziri Nikol Stercen artıq bəyan edib ki, parlamentdə çoxluq qazanan partiyalar seçkiöncəsi vədlərini yerinə yetirməli və müstəqilliklə bağlı yeni referendum elan etməlidirlər.

Qeyd edək ki, 2014-cü ildə Şotlandiyada keçirilən referendumda əhalinin 55 faizi Şotlandiyanın Böyük Britaniyadan ayrılmasının əleyhinə səs verib, 45 faiz isə müstəqilliyi dəstəkləyib.

Teqlər: Şotlandiya