03 May 2024
SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli məmur HƏBS EDİLDİ - FOTO

SON DƏQİQƏ! Azərbaycanda yüksək vəzifəli məmur HƏBS EDİLDİ - FOTO

22 Oktyabr 2021
Baxış: 899

Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AJMEDİA.İNFO xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Cəfərov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Onunla birgə həbs edilən Tacəddin Novruzov və Natiq Kərimova 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev və Rəcəb Hüseynova 8 il 3 ay, Sərvər Məmmədova 2 il 6 ay həbs cəzası, Məhəmmədəli Surxayevə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, rüşvət almaqda ittiham edilib.(Qafqazinfo)

Keçmiş icra başçısına hökm oxundu