03 May 2024
SON DƏQİQƏ! ABŞ-da matəm elan edilib

SON DƏQİQƏ! ABŞ-da matəm elan edilib

28 Mart 2023
Baxış: 491

ABŞ Prezidenti Cozef Bayden Tennessi ştatında məktəbdə atışma zamanı 3-ü şagird olmaqla 6 insanın ölümü ilə əlaqədar martın 31-də Ağ Ev, hərbi qarnizonlar və ölkə daxilində donanma gəmiləri də daxil olmaqla, bütün ictimai binalarda bayraqların yarıya endirilməsi barədə göstəriş verib.

Müvafiq olaraq, ABŞ-ın bütün xarici ölkələrdəki səfirlikləri, konsulluqları, hərbi bazaları və donanma məntəqələri də daxil olmaqla, bayraqlar eyni tarixə qədər yarıya qədər endiriləcək.

Qeyd edək ki, ötən gün ABŞ-ın Tennessi ştatının Nashville şəhərində özəl məktəb olan “The Covenant”a silahlı hücum nəticəsində 3-ü şagird olmaqla 6 nəfər həlak olub.

Yerli polis silahlı hücumçunun hadisə yerində öldürüldüyünü bildirib. Polis hücum edənin özünün də bu məktəbi bitirmiş 28 yaşlı Odri Elizabet Hale adlı qadın olduğu barədə məlumat yayıb.