02 May 2024
Son 2 gündə İranda yeni növ koronavirusa yoluxanların və ölənlərin sayında artım müşahidə edilir

Son 2 gündə İranda yeni növ koronavirusa yoluxanların və ölənlərin sayında artım müşahidə edilir

14 May 2020
Baxış: 405

Son 2 gündə İranda yeni növ koronavirusa yoluxanların və ölənlərin sayında artım müşahidə edilir.

AZƏRTAC İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpura istinadən xəbər verir ki, bu gün 1808 nəfər virusa yoluxan aşkar edilib, 71 nəfər isə həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 114 min 533 nəfərə, ölənlərin sayı isə 6 min 854-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 90 min 539 nəfər sağalaraq evə buraxılıb. Müalicə alanlardan 2 min 758 nəfərin vəziyyəti ağır olaraq qalır.

Bu arada tibbi ləvazimat və dərman preparatlarından ibarət 96 ton yük Almaniyadan İrana çatdırılıb. İranın Dövlət Gömrük İdarəsinin rəhbəri Sadiq Namidar bildirib ki, Almaniya ilə hava əlaqəsi olmadığı üçün yüklər Türkiyə vasitəsilə İranın Qərbi Azərbaycan vilayətinə daxil olub. Ötən ay Almaniya bu yolla İrana koronavirusla mübarizədə yardım məqsədilə 26 ton yük göndərmişdi.