03 May 2024
Şok iddia: Putinin hamıdan gizlətdiyi qızı yoxa çıxdı – FOTOLAR

Şok iddia: Putinin hamıdan gizlətdiyi qızı yoxa çıxdı – FOTOLAR

23 Dekabr 2021
Baxış: 900

Şəxsi həyatını beynəlxalq ictimaiyyətdən gizlədən Rusiya Prezidenti Vladimir Putinin 2000-ci illərin əvvəllərində birlikdə olduğu Svetlana Krivonoqixdən olan qızı Luiza Krivonoqixin yoxa çıxdığı iddia edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İngiltərənin “The Sun” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, əvvəllər sosial şəbəkədə aktiv olan Luiza Krivonoqixin 2 aya yaxındır heç nə yazmaması diqqət çəkib. Anasının 3.1 milyon funt-sterlinq dəyərində olan malikanəsi (Monte Karlo) ilə bağlı açıqlamalarından sonra gənc qızın yoxa çıxdığı iddia edilib.

18 yaşlı Luiza “Pandora sənədləri”ndə Putinlə əlaqəsi üzə çıxan Monte Karlodakı malikanənin fotonu yayımlayıb. Bunun Rusiya liderini qəzəbləndirdiyi bildirilib. Oktyabr ayında multimilyonçu Svetlananın Luizanın doğulmasından bir neçə həftə sonra Monte Karloya köçdüyü üzə çıxıb.

İnstaqramda mütəmadi paylaşımlar edən gənc qızın yoxa çıxması ilə bağlı müxtəlif iddialar irəli sürülüb. Məlumata görə, atası korrupsiya yolu ilə milyardlarla dollar xərclədiyi iddiaları ilə mübarizə apardığı vaxt onun qızı da susdurulub.

İddiaya görə, Putinlə Svetlana Krivonoqix arasında münasibətlər 1990-cı illərin sonunda başlayıb. O zaman Sankt-Peterburqda yaşayan Krivonoqix universitetdə oxuduğu illərdə təmizlik şirkətində işləyib. O vaxt Lüdmila Putina ilə evli olan Rusiya lideri Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri idi.

Cütlüyün münasibətinin necə başlayıb, necə bitdiyi məlum olmasa da, 2003-cü il təvəllüdlü Yelizaveta Vladimirovna Krivonoqixin doğulmasından sonra onların yollarının ayrıldığı düşünülür.

Sonrakı illərdə milyonçuya çevrilən Svetlana Krivonoqixin Rusiyadakı sərvətinin həcmi 11 milyon dollara çatıb. Kreml bu iddiaları rədd etsə də, Putin məsələ ilə bağlı açıqlama verməyib.(Teleqraf.com)