03 May 2024
Səfir: "Qarabağa İrandan yük daşıyan özəl şirkətlərə xəbərdarlıq olunub"

Səfir: "Qarabağa İrandan yük daşıyan özəl şirkətlərə xəbərdarlıq olunub"

24 Sentyabr 2021
Baxış: 475

Qarabağa İrandan qanunsuz şəkildə yük daşıyan özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.

"Özəl sektorda çalışan nəqliyyət şirkətlərinə xəbərdarlıq etmişik, çünki Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıyıq. Tərəfimizdən lazım olan addımları atırıq", - səfir qeyd edib.

Musəvi əlavə edib ki, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb.

Səfir vurğulayıb ki, bu cür təxribatlar İran və Azerbaycan arasında olan dostlugu sarsıda bilməz.

"Bu məsələdə 3-cü tərəflər var ki, İran və Azərbaycan arasında yaxşı münasibətin olmasını istəmirlər. Mən son günlərdə Hikmət Hacıyevlə görüşdüm və İran-Azərbaycan arasında olan münasibətləri detallı şəkildə müzakirə etmişik", - Musəvi bildirib.