03 May 2024
Şarl Mişel Qəzzada atəşkəskin əldə olunmasını ALQIŞLADI

Şarl Mişel Qəzzada atəşkəskin əldə olunmasını ALQIŞLADI

21 May 2021
Baxış: 581

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel İsrail və Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı arasında atəşkəsin əldə olunmasını alqışlayıb.

AJMEDİA.info xəbər verir ki, bu barədə o, tvitterdə bildirib.

“İsrail ilə HƏMAS arasında 11 günlük münaqişəyə son qoyacaq atəşkəs elanını alqışlayıram”, - Mişel tvitterdə yazıb.

O vurğulayıb ki, bu imkandan vətəndaşların əmin-amanlığını və təhlükəsizliyini təmin etmək üçün istifadə etmək lazımdır.

Daha əvvəl İsrail Təhlükəsizlik Kabinetinin Qəzza zolağında atəşkəs elan edilməsi barədə məsələni səsvermədə qəbul etdiyi bildirilib.