03 May 2024
Samir Abasov: "Oyun çox xoşuma gəldi"

Samir Abasov: "Oyun çox xoşuma gəldi"

15 Dekabr 2021
Baxış: 602

"Çətin səfər oyununa gəlmişdik. İki yaxşı komanda qarşılaşdı. Sadəcə, biri yüksəlişdə, digəri problemi olan kollektivdir, Bu gün qalib gəlib, qış fasiləsinə yüksək əhval-ruhiyyədə getmək istəyiridk. Oyun çox xoşuma gəldi. Futbolçular qələbə qazana bilmədiyi üçün üzgündür. Onları təbrik edirəm. Bu, bizim üçün stimul olacaq".

AJMEDİA.İNFO xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.