02 May 2024
“Saint Louis Rapid and Blitz 2021”: Şəhriyar Məmmədyarov blits yarışının 9 turunda mübarizə aparıb

“Saint Louis Rapid and Blitz 2021”: Şəhriyar Məmmədyarov blits yarışının 9 turunda mübarizə aparıb

15 Avqust 2021
Baxış: 799

ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da qatıldığı “Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsi – “Saint Louis Rapid and Blitz 2021” turniri davam edir.

AJM xəbər verir ki, şahmatçılar turnirin blits yarışının 9 turunda iştirak ediblər. Ş. Məmmədyarov 9 turun 3-nü qələbə ilə başa vurub, 4-də heç-heçə edib, 2-də isə məğlub olub.

Ümumi nəticəyə görə, şahmatçımız 13 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir 9 rapid və 18 blits turdan ibarətdir. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.