03 May 2024
Şagirdlərin məktəbə telefon aparması QADAĞAN OLUNACAQ

Şagirdlərin məktəbə telefon aparması QADAĞAN OLUNACAQ

22 Fevral 2022
Baxış: 400

İsveç hökuməti orta məktəblərdə mobil telefonların istifadəsini qadağan edən qanun üzərində işləyir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsveç KİV-ləri məlumat yayıb.

Bildirilib ki, krallığın hökuməti artıq müvafiq qanun üzərində danışıqlar aparır.

Daha əvvəlki illərdə İsveçin Təhsil Nazirliyi təhlükəsiz və rahat təhsil alma qaydalarını təmin etmək üçün yeni xüsusi milli strategiya qəbul edib. Həmin strategiyaya əsasən təhsildə müşahidə olunan bir sıra problemlər səbəbindən mövcud məktəb haqqında qanuna dəyişiklik labüddür.

Təklif edilən yeniliklərdən biri də şagirdlərin dərs zamanı telefonlardan yalnız müəllimin göstərişi ilə maarifləndirmə məqsədilə istifadə edə bilməsi qaydasıdır. Buna əsaslanan İsveç hökuməti mövcud qanuna müvafiq dəyişiklik edərək bu qaydanı rəsmiləşdirməyə qərar verib./Modern.az