05 May 2024
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO

Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO

15 Dekabr 2023
Baxış: 327

"Bakı Metropoliteni" QSC-nin 5-ci rəisi olmuş, 50 ilə yaxın müddət ərzində əmək fəaliyyətini bu nəqliyyat növünə həsr etmiş Cəfər Yusifov vəfat edib.

Bu barədə AJMEDİA.İNFO-ya qurumdan bildirilib.

O, 1945-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub, 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini "Qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi" ixtisası üzrə bitirib.

C.Yusifov Bakı metrosunda 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb, sonra tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi olub, 1993-cü ilin noyabrında Nazirlər Kabinetinin Qərarı ilə metronun rəisi təyin edilib, 1997-ci ilə qədər bu vəzifədə çalışıb, sonrakı illərdə əmək fəaliyyətini metroda müxtəlif vəzifələrdə davam etdirib.

C.Yusifov 2002-ci ildə ölkə Prezidentinin fərmanı ilə “Şöhrət” ordeninə layiq görülüb, metroda göstərdiyi xidmətlərə görə “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilib.

Allah rəhmət eləsin!