03 May 2024
Saakaşvilinin Gürcüstanın Baş naziri postuna namizədliyi irəli sürülüb

Saakaşvilinin Gürcüstanın Baş naziri postuna namizədliyi irəli sürülüb

07 Sentyabr 2020
Baxış: 1195

Gürcüstanın müxalif “Güc birlikdədir” bloku sabiq prezident Mixeil Saakaşvilinin Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

AJM-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın əsas müxalif partiyası olan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze məlumaat verib.

O qeyd edib ki, birlikdə təmsil olunan bütün digər müxalif partiyalar M. Saakaşvilinin Gürcüstanın Baş naziri postuna namizəd kimi irəli sürülməsini dəstəkləyib və bu barədə artıq qərar qəbul edilib.

Qeyd edək ki, ötən gün sabiq prezident M. Saakaşvili bu gün Gürcüstana qayıdış planının detallarını açıqlayacağını bəyan edib.

Teqlər: Saakaşvili