03 May 2024
“Ryanair” Tallinndən uçuşları bərpa edəcək

“Ryanair” Tallinndən uçuşları bərpa edəcək

04 Sentyabr 2020
Baxış: 1247

İrlandiyanın “Ryanair” aviaşirkəti Tallinndən birbaşa uçuşları bərpa edir.

AJM xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib. Məlumata əsasən, aviaşirkət bilet satışına başlayıb.

“Ryanair” tədricən Avropanın müxtəlif istiqamətləri üzrə marşrutlarını bərpa etməklə ilin sonunadək bir çox reysləri həyata keçirəcək.

Aviaşirkət sentyabrda Tallinndən London, Edinburq, Düsseldorf, Milan, Pafos, oktyabrın 27-dən etibarən isə Vyana və Berlin istiqamətində səfərləri həyata keçirməyi planlaşdırır